Onlayn ictimai-siyasi qəzet
İranın Ali Lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani 13 iyun tarixində İsrailin həyata keçirdiyi hücumla bağlı dövlət televiziyasına müsahibəsində yaşadıqlarını bölüşüb.
Musavat.com xəbər verir ki, o bildirib ki, zərbə zamanı sübh namazı üçün oyanmaq istəyirmiş.
“Dua üçün oyanırdım ki, otaq üzərimə çökdü. Daş-qalaqların altında qaldım. Üç saat dağıntılar altında qalmışdım. Amma bir an belə qorxmadım”, – deyə Şamxani qeyd edib.
Hazırda onun vəziyyəti sabitdir və müşavirin Tehranda təhlükəsizliklə əhatələndiyi bildirilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ