İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədi Rayon Məhkəməsi hakim Zamiq Bağırovla bağlı yayılan məlumatlara münasibət bildirdi

Bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarla əlaqədar bildiririk ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsinin hakim Zamiq Bağırovla bağlı yaydığı məlumatda bildirilib.

“Həmçinin, ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq”, - qeyd olunub.

Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun Bakıda yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırmasını əks etdirən görüntülər yayılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR