İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Dünən Putinlə danışdım — vasitəçi olmaq istədi, mən dedim: get, öz problemlərini çöz!”

ABŞ prezidenti Donald Tramp bu gün mediaya açıqlamasında qeyd edib ki, o, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Musavat.com bildirir ki, Trampın verdiyi məlumata görə, Putin danışıqları vasitəçi vasitəsilə davam etdirmək təklifini irəli sürüb:

“Dünən Putinlə danışdım, özü təklif etdi ki, vasitəçi olum. Mən isə ona dedim: bir yaxşılıq elə, get, öz problemlərinə vasitəçi ol”.

Prezident bu çıxışı ilə Kremlin ABŞ-ın mövcud problemlərindən məsuliyyəti paylaşmaq istəmədiyini və Washingtonun daxili məsələlərinə qarışma xülyasından vaz keçilməli olduğunu vurğulayıb. Belə bir addımın geopolitik gərginliklərin daha da artmasına xidmət edib-etməyəcəyi sual doğurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR