Onlayn ictimai-siyasi qəzet
İrəvan Moskvaya nota göndərib və Rusiyanın bir sıra hakimiyyət nümayəndələrinin erməniəsilli Rusiya iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Qarapetyanın işi ilə bağlı fikirlərini respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlament iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistanda siyasətçilər və qanunvericilər tərəfindən, eləcə də Rusiya KİV-lərində ölkəyə ünvanlanan bəyanatları təkcə Ermənistan-Rusiya ənənəvi dostluğuna deyil, həm də bu dostluğu tənzimləyən hüquqi sənədlərə zidd, eyni zamanda Ermənistanın daxili işlərinə birbaşa açıq müdaxilə hesab edilir.
Nazir bu barədə rusiyalı həmkarların məlumatlandırıldığını bildirib: "Düşünürəm ki, bu saata qədər rəsmi nota artıq ünvanına çatıb".
Qeyd edək ki, Ermənistanda saxlanılan iş adamı Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunub. Məhkəmə İstintaq Komitəsinin onun həbsi ilə bağlı vəsatətinə baxır.//Report
19 Iyun 2025
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ