Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC 21 iyun qeyri-iş günü və 27 iyun iş gününün yerdəyişməsi ilə əlaqədar, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edir.
Bu barədə Musavat.com-a ADY-dən məlumat verilib.
Bildirilib ki, qatarlar 21 iyunda iş günləri, 26, 27 və 28 iyunda şənbə günü, 29 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcəklər.
Qeyd edək ki, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.
Bununla da ardıcıl dörd gün - iyunun 26-sı (Silahlı Qüvvələr Günü), 27-si, 28-i və 29-u qeyri-iş günləri olacaq.
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ