Onlayn ictimai-siyasi qəzet
Antalyada keçirilən IV Antalya Diplomatiya Forumunun ikinci günü Türk Dövlətləri Təşkilatına həsr olunmuş xüsusi panel müzakirəsi ilə yadda qalıb.
Musavat.com xəbər verir ki, paneldə Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış edib.
Yıldırım çıxışında təşkilat daxilindəki əməkdaşlıq və inteqrasiya problemlərinə toxunub, mühüm mesajlar verib.
Binəli Yıldırım Türk dünyasının vahid dil problemini kəskin tənqid edərək deyib:
“Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq? Bu, izaholunmaz bir vəziyyətdir.”
O, çıxışında Azərbaycanı bu məsələdə müsbət nümunə kimi fərqləndirib:
“Azərbaycan müstəqillik qazandığı ilk gündən Latın qrafikasına keçdi, inteqrasiya yolunda nəhəng bir sıçrayış etdi. Azərbaycanla bağlı bu məsələdə heç bir problem yoxdur.”
Yıldırım qeyd edib ki, digər türk dövlətləri bu məsələdə çətinliklər yaşayır və bu da əlaqələrdə və kommunikasiya imkanlarında problemlər yaradır.
Binəli Yıldırım eyni zamanda Türk Dövlətləri arasında iqtisadi-ticari əlaqələrin zəifliyindən də narahatlığını bildirib. O deyib:
“Əgər bir türk şofer Türkiyədən çıxaraq digər türk ölkəsinə daxil olmaq üçün gömrük qapısında 2-3 saat, bəzən günlərlə gözləməli olursa, bu iş olmayacaq. Biz Avropa İttifaqı kimi Türk şengenini qurmalı, daxili bazarımızı yaratmalı və bir-birimizə daha güclü dəstək verməliyik.”
Tədbir zamanı səslənən bu fikirlər Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün ortaq dil, ortaq bazar və ortaq dəyərlər istiqamətində real addımların atılmasının zəruriliyini bir daha gündəmə gətirib.
Musavat.com forumda iştirak edən Rauf Arifoğlunun çəkdiyi həmin anların videosunu da təqdim edir.
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ