İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,3 milyard dollar ayırıb

Beynəlxalq Valyuta Fondu (BVF) cümə günü sürətləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində Ukraynaya 1,3 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun bəyanatına əsasən, həmin vəsait ölkənin ödəniş balansının maliyyələşdirilməsi ilə bağlı ehtiyaclara sərf ediləcək. Təşkilatın fikrincə, bu addım həm də Ukraynanın kreditorları və donorları üçün gələcək maliyyə dəstəyi istiqamətində stimullaşdırıcı rol oynaya bilər.

BVF mart ayında Kiyevə 1,4 milyard dollarlıq fövqəladə maliyyə yardımı ayrılması barədə qərar qəbul edib. Fondun proqnozuna görə, 2022-ci ildə Ukraynanın ümumdaxili məhsulunun həcmi 35 faiz azalacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR