İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü- Foto

Dünən axşam saatlarında Abşeron rayonunun Fatmayı kəndində qətl törədilib.

Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu Fatmayı bələdiyyəsinin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Fatmayı sakini Kənan Məmmədov saxlanılıb.

Den.az-ın məlumatına görə, İ.Həşimov dünən oğlu ilə birgə Fatmayıya gedib və burada bir qrup şəxslə münaqişə baş verib. Bu zaman İ.Həşimov avtomobillə K. Məmmədovun maşınını vurub. Kənan da bıçaqla 52 yaşlı kişiyə hücum edib.

Hadisə zamanı Kənan Məmmədovun idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Maşının aldığı zərbənin təsirindən alovlanması və ya K.Məmmədov tərəfindən qəsdən yandırılması hələlik məlum deyil.

Qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən ilin 1 iyun tarixində 23 yaşında yol qəzasına düşərək dostu ilə birgə həlak olub./Qafqazinfo.az/

belediyye-qarsisinda-bicaqlanaraq-olduruldu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR