Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory 100” turnirinə vəsiqə qazanıb.
İdmançımız bu mötəbər gecədə B qrupunda mübarizə aparacaq. Onun ilk rəqibi isə Albaniyanı təmsil edən Asdren Qasi olacaq.
Qeyd edək ki, hər qrupda 4 döyüşçü yer alacaq və yalnız 2 nəfər növbəti mərhələyə yüksələcək. Döyüşlər 13-14 iyun tarixlərində keçiriləcək.
Xatırladaq ki, Bəhram Rəcəbzadə dünən “Glory 99” gecəsində də yadda qalan çıxış etmişdi. O, rinqə çıxmış və Niderland təmsilçisi Brayan Douves üzərində qələbə qazanmışdı. Həmvətənimiz rəqibini ilk raundda 3 dəfə nokdauna salaraq döyüşü vaxtından əvvəl başa vurmuşdu.
“Qızıl Qurd”un növbəti çıxışı səbirsizliklə gözlənilir. (Offsideplus.az)
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ