Onlayn ictimai-siyasi qəzet
Aparıcı Leyla Quliyeva Bakıda lentə aldığı görüntünü paylaşaraq bayrağın ütülənməmiş formada asılmasını tənqid edib.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında yazıb.
"Deyəcəksiniz ki, detaldır, bundan böyük problemlərimiz var, təki elə dərdimiz bu olsun və sair. Amma bayraq bizim üzümüzdür axı. Millətin şəxsiyyət vəsiqəsi niyə əzik olmalıdır? Yəni, sırayla asanda heç kimin ağlına gəlmədi ki, bir ütü çəksin? Nəyə ümid edirsiniz? Asıldıqca, qırışları açılacaq? Bilin, açılmayıb! Nə bayrağın qırışı, nə də milli özünüdərkimizin!".
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ