İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik SÜLH PLANI

Qətər və Misir İsrailə Qəzza müharibəsini dayandırmaq üçün yeni sülh planı təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Məlumatda bildirilir ki, bu plan 5 ildən 7 ilə qədər müddətdə atəşkəsi, bütün israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini, hərbi əməliyyatların rəsmi olaraq dayandırılmasını və İsrail ordusunun Qəzza zolağından tam çıxarılmasını nəzərdə tutur.

HƏMAS bu plana cavab olaraq bildirib ki, Qəzzanın idarəçiliyini milli və regional səviyyədə razılaşdırılmış istənilən fələstinli quruma təhvil verməyə hazırdır. Bu qurum Fələstin Administrasiyası və ya yeni yaradılmış idarəetmə mexanizmi ola bilər.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR