İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Putinlə bağlı dediklərini belə izah etdi

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə təmasları istisna etməyib. Lakin bunun rusiyalı həmkarının nəyi müzakirə etmək istəməsindən asılı olduğunu bildirib.

Sfera.az xəbər verir ki, o, Putinin hakimiyyətdə qalmaması ilə bağlı son sözlərinə də aydınlıq gətirib. Bayden açıq şəkildə bildirib ki, bu, onun Rusiya qoşunlarının Ukraynadakı hərəkətlərinə şəxsi qəzəbinin ifadəsidir və ABŞ-ın Rusiya rəhbərliyinə qarşı rəsmi siyasətindəki dəyişikliyi əks etdirmir.

Bayden rusiyalı həmkarının davranışının keçən ilki Cenevrə sammitindən sonra dəyişdiyini bildirib.

"Beynində nə dəyişdiyini bilmirəm. Davranışı dəyişdi. Nə danışdığımızı xatırlayın. Biz strateji dialoq qurmaqdan, NATO ilə Rusiya arasında münasibətlərdəki şəffaflığın necə artırılmasından və bu kimi şeylərdən danışdıq. Normal müzakirə gedirdi”, - deyə Bayden jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bir müddət öncə Putini "müharibə cinayətkarı”, "qəssab” adlandıran Bayden əlavə edib ki, Rusiya dövlət başçısının bu sözlərinə necə reaksiya verəcəyi onu maraqlandırmır. O, əmin olduğunu bildirib ki, bu sözlər qarşılıqlı diplomatik fəaliyyətə mənfi təsir göstərməyəcək və Ukraynada əlavə eskalasiyaya səbəb olmayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR