İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden bu gün Ukraynaya hərbi yardım paketini açıqlayacaq

6 sentyabr 2024-cü ildə ABŞ prezidenti Co Bayden Ukraynaya hərbi yardım paketini açıqlayacaq. Onun məbləği 250 milyon dollar olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbəri bildirib.

“Röyter” agentliyinin yaydığı xəbərə görə, ABŞ-non prezident administrasiyası Konqresdən Ukraynaya yardım üçün əvvəllər ayrılmış 6 milyard dolların qanunvericilər tərəfindən müəyyən edilmiş 30 sentyabr tarixindən sonra istifadəsinə icazə vermək istəyir.

Avqustda yayılan xəbərə görə, ABŞ-nin Ukraynaya növbəti hərbi yardım paketininin həcmi təxminən 125 milyon dollar olmalı idi.

2024-cü il sentyabrın 5-də Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtonu hərbi yardımın ləng çatdırılmasına görə tənqid etdiyinə dair məlumatlar ortaya çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR