Onlayn ictimai-siyasi qəzet
“Bəziləri yazırdı ki, səs uşaqdan çıxmır, montaj ediblər. Bu, mənim xətrimə dəydi”.
Bunu BAKU.TV-də yayımlanan “Arzunun vaxtı” verilişində “Bayatı-Şiraz” ifası ilə “TikTok”da məşhurlaşan 9 yaşlı Yusif İsmayılov deyib.
O, videolarının sosial şəbəkələrdə necə yayılmağa başlamasından danışıb.
Yusifin sözlərinə görə, dostları ilə velosiped sürərkən məhəllədə işləyən fəhlələr onun səsini eşidiblər və videosunu çəkmək üçün razılıq alıblar.
“Məktəbdən gəlirdim. Anam dedi ki, “TikTok”da məşhur olmusan. Tanınmaq istəmirdim, bilmədim, necə oldu”, – deyə videoları ilə məşhurlaşmasından danışarkən söyləyib.
Daha ətraflı süjetdə:
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ