İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirdən şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı müraciətlərə reaksiya

Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı deputatlar çıxış ediblər.

Musavat.com xəbər verir ki, çıxışlara münasibət bildirən Baş nazir Əli Əsədov “3 min şəxsin hər birinin ölüm kağızına mən qol çəkmişəm. Sizinlə bərabər hər birimiz o ailələrin ağrısını bölüşürük”-deyib.

Baş nazir deyib ki, Azərbaycanda 4500-ə yaxın məktəb var, onun 3600-a qədəri adlıdır. Həmin məktəblərə Birinci Qarabağ müharibəsində şəhid olanların, həmçinin məşhur şəxsiyyətlərin adları verilib. “Bəzi hallarda şəhidlərimiz eyni məktəbdə oxuyub”-deyən hökumət başçısı bu sahədəki çətinliklərdən danışdı. Bildirdi ki, valideynlər, icra hakimiyyətləri daha çox məktəblərə adların verilməsi ilə bağlı təşəbbüs qaldırırlar: “Müraciətlər kifayət qədər çoxdur. Müraciətlərin əksəriyyəti məktəblərə verilməsi ilə bağlıdır”.

Küçələrə şəhid adlarının verilməsinə gəldikdə, Baş nazir “arxayınıqmı ki, şəhid ailələri həmin küçəyə adın verilməsini qəbul edir, ya yox?”-deyə bildirib. Sonda bildirdi ki, bu məsələnin incəliyi nəzərə alınır və baxılır.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR