Onlayn ictimai-siyasi qəzet
Güney Qafqazda sülhə və əmin-amanlığa əsas təhlükənin hardan qaynaqlandığı məlum: bu – konstitusiyasında qonşu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını saxlayan Ermənistan və onun “miatsum” virusundan qurtula bilməyən, bu səbəbə daim ağa, qucaq axtaran toplumudur.
Odur ki, hamıdan çox Azərbaycan diqqətli və sərvaxt olmalıdır. Düşmən tamamən ram edilməyib. “İlanın başı” hələ tərpənir. Onu tam dirildib təzədən üstümüzə atmaq istəyən məkrli çevrələr, dövlətlər də çoxdan bəlli. Bizim bunlarla siyasi-diplomatik alanda, hərb meydanında davamız belə görünür, tezliklə bitməyəcək...
“Bu mərhələdə “Müqəddəs mübarizə” hərəkatı iflasa uğradı”.
Belə bir acı etirafı dünən Ermənistan parlamentində “Müstəqillik Aktı” ilə bağlı dinləmələr zamanı üzdəniraq hərəkatın lideri, üsyankar keşiş Baqrat Qalstanyan edib.
“Bəli, biz bu mərhələdə uğursuzluğa düçar olduq. Lakin insan kəmağıllığına, hər cür maraqlara və intriqalara rəğmən, mübarizə davam edir. Axı bu mübarizə rüsvayçı prosesi (? - red.) dayandırmaq, dövlətçiliyimizi bərpa etmək (? - red.) üçündür. Hərçənd ötən müddətdə biz anklavların verilməsi ehtiva edən başqa prosesi, eləcə də yeni ərazi güzəştlərini, Ermənistandakı hökumətin və Bakı rejiminin maraqlı olduğu konstitusiya dəyişikliklərini durdura bilmişik”, - keşiş-şarlatan iddia edib...
Əvvəla, bir hərəkat ki, açıq-aşkar beynəlxalq hüquqa meydan oxuyur, qonşu xalqa kin və nifrəti, tarixi yalanı və terrorizmi təşviq edir, ən əsası, öz xalqına yeni bəla-müsibətlər vəd edir və şəri xeyir qiyafəsində ona sırımağa çalışır, görəsən onun harası, nəyi “müqəddəs”dir? Belə bir din, ilahidən gələn iman-məzhəb ola bilməz. Bu, bir batil inanc.
Beləcə, ermənilərin dinləri də tarixləri kimi saxta. Əslində sırf özlərinin uydurduğu, yalnızca hay məxluqatının “iman” gətirdiyi “din”. Heç bir inanc kriteriyasına uyğun gəlməyən unikal erməni dini. Bunun səmavi kitablara, xristianlığa, hətta buddizmə belə, dəxli yoxdur...
Ancaq iflas olan hərəkatda yeganə pozitiv məqam odur ki, avantürist keşiş az qala, bir il ərzində geniş kütlənin dəstəyini qazana bilmədi. Ona görə yox ki, təxribatçı Baqratın təbliğ elədiyi “dəyərlər”, həmçinin Azərbaycana, Türkiyəyə qarşı həyasız iddiaları mənsub olduğu topluma yaddır.
Əsla. Sadəcə, o səbəbə ki, Ermənistan cəmiyyəti Nikol Paşiyana hələ ki, alternativ görmür, üstəlik, Qalstanyanın arxasında hakimiyyətə qayıtmaq istəyən “Qarabağ klanı”nın, keçmiş Köçəryan-Sərkisyan xunta rejiminin dayandığına əmindir. Bu tandemə isə dərin nifrət qalır...
Bu mənada Azərbaycanın arxayınlaşmasına əsas yox. Həm də başqa bir gerçəyə görə. Bu da ondan ibarətdir ki, erməni xalqı 44 günlük Vətən savaşından sonra konstitusiya testindən keçməyib. Söhbət Azərbaycana qarşı ərazi iddialarının həmin sənəddən çıxarılmasından gedir. Erməni cəmiyyəti buna necə reaksiya verəcək, onu dəstəkləyəcəkmi, əgər Nikol Paşinyan Bakının tələbini qəbul eləsə?
Sual budur. Hərgah, aylar öncə Gellup-un keçirdiyi rəy sorğusu erməni respondentlərin əksəriyyətinin Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırılmasının əleyhinə olduğunu (!) üzə çıxarmışdı. Bu da elə müharibə seçimi analıma gəlir...
Deməli, Azərbaycan və Türkiyə münasibətlərin bərpasına gətirəcək sülh prosesini sabotaj edən yeni Baqratların və manipulyatorların meydana çıxacağı, növbəti “müqəddəs hərəkat”ların yaranacağı istisna deyil. Kapitulyant ölkədə ictimai-siyasi durum xüsusən də konstitusiya islahatı ərəfəsində qarışa bilər.
Ancaq bu bizim problem deyil. Sülh və zəlalət, rifah və mütilik arasında kritik seçim etməli olacaq hayların problemidir. Hansı qərarı versələr, ona uyğun da CƏZA və ya MÜKAFAT alacaqlar. Allah bu axmaq və xəstə qəbiləni hidayət eləsin ki, heç olmasa, son dəfə doğru seçimi edə bilsin...
Z.SƏFƏROĞLU
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ