İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan İrəvana uçan təyyarə təcili eniş etdi

Ermənistanın paytaxtı İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Rusiyanın Mineralnıye Vodı hava limanına məcburi eniş edib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.

Eyni zamanda, Zvartnots hava limanının mətbuat katibi Lusine Moqrovyan təyyarənin "Red Wings" aviaşirkətinə məxsus olduğunu bildirib.

Qeyd olunur ki, uçuş Mineralnıye Vodıdan İrəvana həyata keçirilməli idi. Təyyarənin Zvartnots hava limanına enməsi Yerevan vaxtı ilə saat 23:25-ə (Bakı vaxtı ilə eynidir - red.) nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR