İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Çubaysın həbsi üçün hazırlıqlar başlayıb

Dövlət Dumasından Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkindən “Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın fəaliyyətində cinayətin olub-olmadığını yoxlamaq tələb olunub.

Musavat.com xəbər verir ki, bu tələbi əks etdirən müraciət Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov tərəfindən göndərilib.

Komitə rəhbəri bildirib ki, A.İ.Bastrıkinə Dövlət Dumasının deputatı A.K.Luqovoyla birlikdə müraciət ediblər.

Bundan əlavə, Dövlət Dumasının deputatları Rusiya Baş Prokurorluğuna da müraciət ediblər. Orada Çubaysa qarşı açılmış işlərlə bağlı mövcud materiallar barədə məlumat vermələri xahiş edilib.

Qeyd edək ki, “Rusnano”nun iki keçmiş top-meneceri milyardlarla dollarlıq oğurluq ittihamı ilə beynəlxalq axtarışa verilib. Rusiya istintaq orqanı onların “bir neçə şəriki ilə birlikdə” şirkətdən 1,6 milyard rubldan çox pul çıxardıqlarını iddia edir. Hələlik Çubaysa qarşı hər hansı ittiham irəli sürülməyib. Lakin Rusiyanın Ukraynaya işğalçı hücumunu pisləyərək, müharibə başlayanda ölkəni tərk edən Çubaysın cəzalandırılması üçün zəmin hazırlandığı açıq hiss olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR