Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Energetika Nazirliyi qiymətlərin dövlət tənzimlənməsinə məruz qalan neft məhsullarının siyahısını müəyyən edən 2014-cü il sənədinin ləğvini nəzərdə tutan sərəncam layihəsi hazırlayıb.
Musavat.com xəbər verir ki, layihə Open NPA saytında dərc edilib və yanvarın 22-dək ictimai müzakirəyə çıxarılacaq.
Sənəddə qeyd olunur ki, hazırda qiymətlərin dövlət tənzimlənməsi Qazaxıstanın qonşu ölkələr arasında yanacaq-sürtkü materiallarının ən aşağı qiymətinə malik ölkəyə çevrilməsinə gətirib çıxarıb ki, bu da neft məhsullarının bu ölkələrə boz ixracı riskinin yüksək olmasına və defisitə səbəb olur.
Energetika Nazirliyi bildirir ki, əhalinin sosial cəhətdən həssas qrupları üçün prioritet dəstək göstərilməklə qiymətlərin mərhələli şəkildə liberallaşdırılması zərurəti birincisi, neft məhsullarının axını və boz ixracı ilə, ikincisi, neft məhsullarının ixracı ilə bağlı layihələrin iqtisadi məqsədəuyğunluğu ilə bağlıdır. Həmçinin qeyd olunur ki, qiymətlərin sərbəstləşməsi neft hasilatını inkişaf etdirmək və Mərkəzi Asiyada ən böyük neft emalı zavodlarını ildə 18 milyon tondan 28 milyon tona qədər genişləndirmək imkanı yaradacaq ki, bu da yeni iş yerləri yaratmaq və büdcə proqramlarını reallaşdırmağa dəstək verəcək.
Nazirliyin açıqlamasına görə, bu gün Qazaxıstanda benzin və dizel yanacağının qiymətləri dünyada ən aşağı qiymətlər arasındadır. Bu, qonşu ölkələrlə də daxil olmaqla, əhəmiyyətli qiymət fərqinə gətirib çıxarır - Aİ-92 markalı benzinin qiymətlərindəki fərq 40 faizdən 138 faizə, dizel yanacağı üçün 20 faizdən 79 faizə çatır. Bildirilir ki, Qazaxıstanda Aİ-92 markalı benzinin bir litrinin qiyməti 205 tenge(təxminən 65 Azərbaycan qəpiyi), Rusiya Federasiyasında 288 tenge(92 qəpik), Qırğızıstanda 385 tenge(1,23 manat), Özbəkistanda 489 tengedir(1,6 manat). Qazaxıstanda dizel yanacağının litri 295 təngəyə(94 qəpik), Rusiyada 355 təngəyə(1,13 manat), Qırğızıstanda 427 təngəyə(1,36 manat), Özbəkistanda 528 təngəyə(1,7 manat) satılır: "Bununla əlaqədar olaraq, Energetika Nazirliyi dayanıqlı qiymət modeli siyasətinə keçir. O, tələb və təklif arasında bazar balansının yaradılmasına, yanacaq çatışmazlığının aradan qaldırılmasına, neft emalı sənayesinin modernləşdirilməsinin stimullaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və uzunmüddətli investisiyaların cəlb edilməsinə yönəlib”.
Energetika Nazirliyi həmçinin əmin edir ki, “hökumət yanacağın qiymətində kəskin artıma yol verməyəcək”: "Energetika Nazirliyi maraqlı qurumlarla birlikdə bazara nəzarəti gücləndirəcək, qanunvericiliyə riayət olunmasını və daxili bazara yanacağın fasiləsiz tədarükünü təmin edəcək".
Musavat.com
18 Yanvar 2025
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ