İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Buşəhr AES-ə görə Rusiyaya borcu var – Putin açıqladı

İranda Buşəhr Atom Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisinin müddətləri ödəniş problemlərinə görə bir qədər geri çəkilir.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla danışıqların yekunlarına dair mətbuat konfransında deyib:

"Bizim nüvə enerjisi sahəsində nəhəng layihəmiz var. Bir blok artıq işləyir və uğurla işləyir. Hazırda biz əlavə blokların tikintisi imkanlarını müzakirə edirik. Bəli, orada hər şey bir az sağa doğru dəyişir, bu hesablamalarla, ödənişlə bağlıdır - burada heç kim üçün heç bir sirr yoxdur, amma buna baxmayaraq, iş gedir, irəli gedir”.

İran prezidenti Məsud Pezeşkian isə Putinlə görüşdən əvvəl deyib ki, Buşehr AES-in yeni bloklarının tikintisinə dair razılaşmalar bu gün İran və Rusiya liderləri arasında keçiriləcək görüşdə yekunlaşa bilər:

"Atom elektrik stansiyasının tikintisi ilə bağlı razılaşmalarımız çox yaxşı xəbərdir. Düşünürəm ki, bu gün bu sahədə bizim razılaşmalarımız yekunlaşdırıla bilər. Mən çalışmışam və bütün səylərimi göstərmişəm ki, bu günə qədər bizim tərəfimizdə mövcud olan bütün problemlər aradan qalxsın".

Bundan əvvəl “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev “İnterfaks”a bildirib ki, Moskva və Tehran Buşəhr AES-in ikinci və üçüncü enerji bloklarının tikintisini sürətləndirmək üçün əlavə addımlar ata biləcəklərinə ümid edir.

Xatırladaq ki, Rusiya 2013-cü ildə Buşəhr AES-in 1000 MVt gücündə ilk enerji blokunu İrandakı sifarişçiyə təhvil verib. 2016-cı ildə ikinci mərhələnin tikintisinə başlanılıb (ümumi gücü 2,1 min MVt olan II və III enerji blokları). II enerji blokunda işlərin 2024-cü ildə, III enerji blokunda isə 2026-cı ildə başa çatdırılması planlaşdırılırdı.

2021-ci ilin ortalarına olan məlumata görə, AES-in tikintisi ilə bağlı İranın Rusiyaya borcu təxminən 500 milyon dollar təşkil edib. 2023-cü ilin yazında baş nazirin müavini Aleksandr Novak jurnalistlərə borcla bağlı məsələlərin həll olunduğunu bildirib. Həmin vaxt tərəflər layihənin gələcək maliyyələşdirilməsini müzakirə edirdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR