Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonunda baş verən partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a bildirilib ki, partlayış zamanı 5 nəfər xəsarət alıb.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 17 yanvar saat 20:05-də Abşeron rayonu, Atyalı, Z.Əliyeva küçəsində yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2, 7, 11, 14 yaşlı uşaqlar (3 kişi və 1 qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə, digər xəsarət alan 26 yaşlı şəxs (kişi cinsli) isə bədənin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq mərkəzinə təxliyə olunub",- deyə məlumatda bildirilir.
18 Yanvar 2025
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ