Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalayıblar.
Musavat.com iki ölkə arasında bağlanan Strateji Tərəfdaşlıq Müqaviləsinin əsas müddəalarını təqdim edir:
* Rusiyaya və ya İrana qarşı hücum zamanı təcavüzkara hər hansı bir kömək göstərməmək;
* Təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı gücləndirmək;
* Qlobal təhlükəsizliyi dəstəkləmək məqsədilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək;
* Xüsusi xidmətlər arasında əməkdaşlığı gücləndirmək;
* Təbii fəlakətlər və texnogen fəlakətlər zamanı bir-birinə kömək göstərmək;
* Üçüncü ölkələrdən müstəqil ödəniş infrastrukturu yaratmaq üçün qarşılıqlı əlaqədə olmaq;
* Dezinformasiyaya və mənfi təbliğata qarşı mübarizə məqsədilə iki ölkənin KİV-ləri arasında əməkdaşlığı təşviq etmək.
* Müqavilənin müddəti 20 ildir. Müddət bitdikdən sonra avtomatik olaraq 5 il daha uzadılacaq.
Musavat.com
18 Yanvar 2025
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ