Onlayn ictimai-siyasi qəzet
Ermənistan prokurorluğu “Orinat Yerkir” partiyasının sədri, parlamentin keçmiş sədri Artur Baqdasaryan və onun ailə üzvlərinin əmlakına baxış keçirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, məhkəmə-informasiya sisteminin saytında yerləşdirilən məlumata görə, prokurorluq Artur Baqdasaryan və onunla əlaqəli olan Anna və Vahan Baqdasaryanlara qarşı Korrupsiyaya Qarşı Mübarizə üzrə Mülki Məhkəməyə iddia qaldırıb.
Prokurorluğun nə qədər əmlakın müsadirə edilməsini tələb etdiyi hələlik məlum deyil. İddia hakim Narine Avakyanın icraatına verilib.
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ