Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko yeni mədəniyyət naziri Ruslan Çernetski ilə söhbətində ölkədə kinonu “biabırçılıq” adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.
“Kinodakı vəziyyət sovet dövründən də pisdir”, - deyə Belarus lideri söyləyib.
Lukaşenko vəziyyəti düzəltmək tələbi ilə Çernetskiyə üz tutub:
“Mən bir kişi kimi demək istəyirəm: sənin, Ruslan, başqa yolun yoxdur. Ya öl, ya da burada vəziyyəti düzəlt”.
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ