Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistan parlamentinin müxalif deputatları Artur Xaçatryan, Kristine Vardanyan, Anna Qriqoryan və Geqam Manukyan Xarici İşlər Nazirliyinin Azərbaycanla aparılan müzakirə sənədləri ilə tanış olmaq üçün məhkəməyə müraciət ediblər.
Musavat.com xəbər verir ki, həmin şikayətdə revanşist deputatlar Azərbaycanla müzakirə edilən müqavilə layihəsinin versiyaları ilə tanış olmalarına qoyulan qadağanın götürülməsini istəyirlər.
Artur Xaçatryan sülh müqaviləsi layihəsində Ermənistan üçün təhlükəli maddələrin artacağını iddia edib. O, bunların sırasında konstitusiyanı referendum yolu ilə dəyişmək, Ermənistanı demilitarizasiya etmək və Aİ müşahidəçilərini ölkədən çıxarmaq kimi müddəaların olduğunu bildirib.
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ