İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar əraziləri təhvil verməzdən əvvəl infrastruktur obyektləri qururlar”

Bu yaxınlarda Nikol Paşinyanın fraksiyasının deputatlarından biri Qarabağ mövzusunu şərh edərkən bu sözləri işlədib: “30 ildir ki, biz başqalarına məxsus olanı sevməyə məcburuq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Beniamin Matevosyanın yazısında yer alıb.

“Deputatın bəyanatı belə “tərcümə olunur”: “Rusiya bizi “artsaxı” (Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan qondarma quruma verilən uydurma ad - red.) sevməyə məcbur edib”.

Mən bilmək istərdim ki, bu “məcburiyyət” necə və nə vaxt özünü göstərib, konkret zaman və məzmun çərçivəsi nədir? Məsələn, 2020-ci ildə Armen Qriqoryan bir tərəfdən milli təhlükəsizlik strategiyasından “dqr” ifadəsini çıxaranda, digər tərəfdən “inqilabçı hakimiyyət”in bölgəyə üçüncü yolu açacağını bəyan edirdi.

Yeri gəlmişkən, Paşinyan hakimiyyəti Ermənistan Respublikasının əraziləri ilə bağlı da eyni şeyi edir - Kirantsın icarəyə veriləcəyini bilə-bilə orada məktəb tikdirir, kilsəni bərpa edir. Görünür, növbəti iş Tiqranaşendə (Kərki - red.) bir məktəbin təmiridir.

Bu cəhənnəmə görə kimin daha çox mənəvi məsuliyyəti var - ərazilər təhvil verilməmiş infrastruktur obyektləri tikən hakimiyyət, yoxsa bu “təmir işlərinə” sevinənlər?”, - deyə revanşist ekspert qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR