Onlayn ictimai-siyasi qəzet
Yaponiya hökuməti İranın Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün bərpasına 4,5 milyon dollar məbləğində yardım ayırıb.
“Report” xəbər verir ki, məlumatı “ir.voanews.com” yayıb.
Məlumata görə, maliyyə yardımı Urmiya gölünün bərpası və ətraf yaşayış məntəqələrinin bataqlıqlardan mühafizəsinə xərclənəcək.
Bildirilib ki, layihə 2024-2028-ci illərdə BMT-nin Ətraf Mühit Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçiriləcək. Bu, iki ölkə arasında İranın bataqlıq ərazilərini, xüsusilə Urmiya gölünü qorumaq üçün ikinci əməkdaşlıq layihəsidir.
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ