İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tiflisdə fişəng atan gəncin Gürcüstanda müharibə başlasa…”-Ukraynadan ilginc açıqlama

“Ukraynadan Gürcüstanda baş verənləri diqqətlə izləyirik. Çünki bir çox azərbaycanlı kimi bu və ya digər tellərlə Gürcüstanla bağlıyıq. Orda qohumlarımız, soydaşlarımız, dostlarımız yaşayır”. 

Musavat.com-un məlumatına görə, bunu Ukraynadakı diaspora fəalı Yalçın Qəhrəmanoğlu bildirib. Qeyd edib, gürcü milləti və Gürcüstan vətəndaşları layiqli azadlığı və yaxşı yaşamağı haqq edirlər: “Amma bir fakt da mövcuddur ki, onların Rusiya kimi təhlükəli və işğalçı qonşuları var. İşğalçı ölkə hər an istənilən bir bəhanə ilə Gürcüstana müdaxilə edə bilər. Və artıq provokatorlar da meydanlara çıxmağa başlayıblar. Tiflisdən cəmi bir neçə yüz kilometr aralıda – Cənubi Osetiyada Rusiya ordusu yerləşir. Bu dırnaqarası dövlətlə Rusiya Federasiyası arasında hərbi yardımlaşma haqqında saziş var. Əgər Cənubi Osetiyanın təhlükəsizliyinə təhlükə yaranarsa, Rusiya onu müdafiə adıyla istənilə dövlətə hücum edə bilər. Rusiyanın belə bir bəhanə ilə Ukraynaya hücum etdiyi tarix çox da uzaq da deyil. Bu üzdən düşünürəm ki, bu gün Gürcüstanda hadisələri qabaqlamaq doğru deyil. Həm də prosesin daha qızışması sadə insanlara zərbə vuracaq. Hər zaman olduğu kimi, siyasi liderlər çətin məqamda qaçmağa yer tapacaqlar. Lakin vətəndaşlar zərər görəcək, mülkləri dağılacaq, həlak olacaqlar”.

Y.Qəhrəmanoğlunun fikrincə, ortada Ukrayna reallığı var: “Şəhərlərin, kəndlərin üzərinə minlərlə bombalar, raketlər atıldı və atılmaq da davam edir. Onlarla, yüzlərlə yaşayış yeri xarabalığa çevrildi. Gürcüstan cəmiyyəti tələsməməli, dövləti qorumalı, şimal ayısının arxasının yerə dəyəcəyi günü gözləməlidir. Bu günlərdə qəhrəmana dönən Tiflisdəki fişəng atan gəncin Gürcüstanda müharibə başlasa, harada olacağı bəlli deyil. Lakin belə gənclər yüzlərlə ola bilər və o zaman ölkə odlar içində yanıb kül olar. Odur ki, öncə dövləti qorumaq lazımdır. Dövlət olarsa, cəmiyyətdə haqq etdiyi azadlığa bir gün mütləq qovuşacaq”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR