İnsanlara hürriyət, millətlərə istiqlal!

AMİP sədri ABŞ-a səfər edəcək

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının( AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxaq əlaqələr üzrə  müavini Elşən Mustafayev 3-7 dekabr 2024-cü il tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Beynəlxalq Demokrat İttafaqının (BDİ) Forumunda iştirak etmək məqsədilə səfərə yola düşürlər.

Forum ABŞ Respublikaçılar Partiyasının ev sahibliyi, Beynəlxalq Demoktat İttifaqı (ing.-İDU) və ABŞ Liderlər İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Tədbir çərçivəsində 3 gün ərzində keçirilən panellərdə dünyanı hazırda narahat edən bir sıra məsələlər, o cümlədən Beynəlxalq Təhlükəsizlik, İmmiqrasiya, Latın Amerkasında imkanların dəstəklənməsi, ABŞ prezident seçkilərinin prezentasiyası və Donald Trampın prezidentliyi dönəmində Transatlantik İqtisadi Əməkdaşlıq, Avropanın Gələcəyi, Qlobal Ticarət və Rəqabət, həmçinin, Yaxın Şərqdə gedən proseslər, Rusiya-Ukrayna müharibəsi və digər mühüm məsələlər müzakirə mövzusu olacaqdır. Tədbirin sonuncu günü BDİ-nin növbəti İcraçı Toplantısı keçiriləcəkdir.  

Vaşinqton Zirvəsində Beynəlxalq Demokrat İttifaqına daxil olan sağ mərkəz partiyalarının liderləri, dünyanın müxtəlif ölkələrindən siyasətçilər, bir çox hazırki və keçmiş prezidentlər, hökumət başçıları, nazirlər, ABŞ Prespublikaçılar pariyasından kongres üzvləri və senatorlar iştirak edəcəklər.

Qeyd edək ki, AMİP 1999-cu ildən etibarən dünyanın 80-dən artıq ölkəsinin 100-dən artıq sağ-mərkəz yönümlü partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüdür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR