Onlayn ictimai-siyasi qəzet
Qərb Putin və Trampın istəsələr belə, Ukrayna münaqişəsini həll etmək üçün danışıqlar aparmasına imkan verməmək üçün hər şeyi edəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli siyasi strateq, rusiyapərəst mövqeyi ilə tanınan Tiqran Köçəryan deyib.
“İndi Qərb Rusiya Federasiyasının perimetrində yerləşən ölkələrə təzyiq göstərməyə, Rusiyaya qarşı müəyyən addımlar atmağa çalışır. Rusiyanın Ukraynadakı işlərinin yaxşı getdiyini, Trampın prezidentliyə başlaması ilə ən azı Ukrayna istiqamətində fərqli reallığın yarana biləcəyini görən Qərb başağrısı yaratmaq üçün bütün mümkün istiqamətləri partlamağa çalışır.
Beləliklə, yanvarın 30-na kimi müəyyən qüvvələr elə bir vəziyyət yaratmağa çalışacaq ki, Tramp plan və istəklərindən asılı olmayaraq, başqa maraqlardan çıxış edəcək addımlar atmağa məcbur olacaq”,-deyə erməni ekspert bildirib.
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ