Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, "Baku TV"-nin canlı yayımında Gürcüstan-Azərbaycan münasibətləri müzakirə olunub.
Verilişdə hər iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin inkişafı əsas mövzu kimi diqqət mərkəzində olub.
Bəlli olduğu kimi, Gürcüstan və Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya son səfəri zamanı nümayiş olunan dostluq mənzərəsi bunu bir daha təsdiq edir. Hər iki ölkə təkcə mehriban qonşular deyil, eyni zamanda strateji müttəfiqdirlər. Gürcüstan-Azərbaycan münasibətləri xüsusilə 44 günlük Vətən müharibəsi dövründə daha da güclənmiş və etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Canlı yayımda bu məsələlər "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, tanınmış politoloq və Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, hərbi ekspert Elşad Həsənov tərəfindən müzakirə olunub. Verilişin aparıcısı isə təcrübəli jurnalist Elçin Əlbəyli olub.
Müzakirələrdə Gürcüstan-Azərbaycan əlaqələrinin siyasi, iqtisadi və mədəni aspektləri təhlil olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ