İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məşhur generalın vəziyyəti pisləşdi - Xəstəxanaya gətirildi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun səhhətində ciddi problem yaranıb.

Musavat.com Manset.az-a istinadən xəbər verir ki, sabiq rəis Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. O, xəstəxanaya gələrkən oğlu Ruslan Çovdarov yanında olub. A.Çovdarovun onurğa sütununda problem yarandığı bildirilir.

Qeyd edək ki, 2015-ci ildə 12 il müddətinə həbs olunan Akif Çovdarov Prezident İlham Əliyevin 2020-ci il aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR