İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda maşın qaçıran qadın saxlanılıb

Bakıda avtomobil oğurlayan qadın tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini İ.Hümbətova məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Məmməd Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə isə Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR