İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda magistral su kəmərindəki qəza aradan qaldırılıb

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Musavat.com xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.

O qeyd edib ki, hazırda kəmərin su ilə doldurulması və qazılmış ərazidə yol yatağının bərpası işləri aparılır:

"Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR