İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda evlənənlərə "toy tutan" toy qiymətləri - VİDEO

Son bir neçə ayda ərzaq məhsullarının bahalaşması şadlıq evlərinə də təsirsiz ötüşməyib. Toy etmək niyyətində olanlar 1 masa üçün 45-50 manatdan başlayaraq pul ödəməlidirlər. Ancaq qiymətlərə təsir edən amillərdən biri də məkanın açıq və ya qapalı olmasıdır.

Musavat.com xəbər verir ki, restoran inzibatçıları "Xəzər TV"-yə bildirib ki, həyətlərə nisbətən qapalı məkanlarda qiymətlər daha yuxarıdır. Bunu da müxtəlif səbəblərlə izah edirlər.

İnzibatçıların sözlərinə görə, bəzən səs avadanlıqları, video və foto çəkilişləri də qapalı məkanlarda daha effektiv olur. Elə xeyir işlərini yadda qalan etmək istəyənlərin də bir çoxu daha çox qapalı məkanları seçir ki, bu da dəyişkən hava şəraiti ilə əlaqəlidir. Ancaq açıq havada toy etməyin də öz üstünlükləri var.

Şadlıq evi rəhbərlərinin sözlərinə görə, son zamanlar açıq məkanlarda toy etmək istəyənlərin sayının azalıdğı müşahidə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR