İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda estetik əməliyyat etdirən 23 yaşlı qız öldü - FOTO

Bakıda estetik əməliyyat zamanı komaya düşən gənc qız vəfat edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq, dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR