İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çaşqınlığa səbəb olan xətlənmə - Cərimələnə bilərsiz! - VİDEO

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev və Şəfaət Mehdiyev küçələrinin kəsişməsində aparılan xətlənmə sürücülərin çaşqınlığına səbəb olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yol hərəkətinin təhlükəsizliyi üzrə mütəxəssis Aqil Rəhimov sosial şəbəkə hesabında paylaşım edib.

O, sözügedən küçədə çəkilmiş torun ardınca avtobus zolağının gəldiyini göstərərək sürücülərin düzgün hərəkət etməsələr, 100 manat +2 bal cərimələnə biləcəyini diqqətə çatdırıb.

Aqil Rəhimov sürücülərin cərimədən yayınması üçün sarı tordan birbaşa sağ zolağa keçid etmələrini bildirib:

"Düz hərəkət edirsinizsə, ən sol zolağı, sağa dönəcəksinizsə avtobus zolağından sağda yerləşən zolaqlardan birinə keçid edə bilərsiniz. Əgər avtobus zolağından çıxaraq düzünə hərəkət etsəniz cərimələnə bilərsiniz".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR