İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda binada YANĞIN: Xəsarət alanlar...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur, bina zədə görməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR