Onlayn ictimai-siyasi qəzet
Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməyi ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur.
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov bildirib ki, xüsusulə də işıqforun qırmızı işığından keçən bəzi sürücülərin 1-2 saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkət iştirakçılarının həyatına risk yaradır.
"Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqət yetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsü işıqforun qadağanedici siqanalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir. İşıqforun qırımızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq. Ancaq təəssüflər olsun ki, bəzi sürücülər nədənsə işıqforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi diqqətə çatdırırıq ki, işıqforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər. Buna görə də işıqfora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır",- deyə o əlavə edib.
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ