Onlayn ictimai-siyasi qəzet
Bakının Sabunçu rayonunda iki nəfər zəhərlənib.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.
Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün vermişdi.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ