İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilir - FOTO

Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 23-cü iclası keçirilir.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti Səbinə Əliyevanın təşəbbüsü ilə baş tutan tədbirdə Yaponiya, İndoneziya, İran Ombudsmanı, insan hüquqları qurumlarının rəhbərləri və Türkiyə Baş Ombudsmanı, Pakistan Federal Ombudsmanı iştirak edir.

Səbinə Əliyeva qonaqları salamlayıb, son illərdə görülən işlərdən və Ombudsman Aparatının fəaliyyətindən danışıb.

Tədbirdə təşkilata üzv ölkələrin ombudsmanları arasında insan hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlığın gücləndirilməsi, təşkilata üzv olan ombudsman təsisatları arasında təcrübə mübadiləsinin aparılmasına dair fikir mübadiləsi aparılır.

Pakistanın Federal Ombudsmanı Ejaz Əhməd Qureşi qeyd edib ki, öz təcrübələrini bölüşmək, fikir mübadiləsi aparmaq assosiasiyanın əsas istiqamətlərindəndir:

"Biz bu istiqamətdə səylərimizi artıracağıq və daha geniş müstəvidə fəaliyyət göstərəcəyik".

O, pandemiya dövründə insanların sağlamlığının qorunması üçün aparılan maarifləndirmə işlərində Ombudsman təsisatlarının mühüm işlər gördüyünü də diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycanın Ombudsman təsisatı artıq 3-cü dəfədir bu iclasa ev sahibliyi edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR