İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 36 yaşlı qadın qardaşı oğlu tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda 36 yaşlı qadın qardaşı oğlu tərəfindən bıçaqlanıb.

“Report”un məlumatına görə, Balaxanı qəsəbəsində ailə münaqişəsi zəminində 36 yaşlı Hüseynova Xəyalə Vilayət qızı qardaşı oğlu tərəfindən bıçaqlanıb.

Yaralı qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR