İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti DAYANDIRILACAQ

COP 29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda təxminən 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkətinin dayandırılması nəzərdə tutulub.

Bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Sabahdan hər bir marşrut haqqında məlumatları paylaşacağıq. Bu məlumatlarda hansı maşrutlar üzrə avtobusların hərəkətinin dayandırılacağı və altenativ marşrutlar göstəriləcək. Sadəcə indi bu böyük siyahını birdəfəlik paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Ona görə də bu məlumatları bir-bir paylaşmağa üstünlük veririk", - deyə A.Rzayev əlavə edib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR