İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinlərinə XƏBƏRDARLIQ! Tarix verildi - Çox güclü olacaq

Aprel ayında Bakıda və bir çox yerdə güclü maqnit qasırğası proqnozlaşdırılır.

Musavat.com bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş Astronomiyası Laboratoriyasının məlumatlarına əsasən xəbər verir.

Bu hadisələr meteohəssas şəxslərin sağlamlığına və texnoloji sistemlərin fəaliyyətinə təsir göstərə bilər.

Gözlənilən maqnit qasırğasının tarixi 22 apreldir. Həmin tarixdə güclü maqnit qasırğası (5 bal gücündə) baş verəcək.

Bu tarixlərdə maqnit sahəsindəki dəyişikliklər naviqasiya və rabitə sistemlərində nasazlıqlara səbəb ola bilər. Meteohəssas insanlar üçün bu dövrlər sağlamlıq problemləri yarada bilər. Belə günlərdə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qan təzyiqinin yüksəlməsi və ümumi halsızlıq kimi əlamətlər müşahidə edilə bilər.

Tövsiyələr:

- Balanslı qidalanma və müntəzəm yuxu rejimi sağlamlığınızı qorumağa kömək edəcək.

- Rahatlama texnikaları və meditasiya stress səviyyəsini aşağı sala bilər.

-Qasırğa günlərində ağır fiziki işlərdən çəkinmək məsləhətdir.

-Xroniki xəstəlikləri olan şəxslər həkimlərinin təyin etdiyi dərmanları yaxınlıqda saxlamalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR