İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bağçalar arasında problemli müəssisələr də var" - Nazir

"Uşaq bağçalarında əsasən fokuslandığımız məsələ uşaqların və işçilərin davamiyyətidir".

Musavat.com xəbər verir ki,  bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə verdiyi açıqlamasında bildirib: "Bu baxımdan nəticələr qənaətbəxşdir. Amma bağçalar arasında problemli müəssisələr də var. Çalışırıq ki, uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi toplayaq. Sistemdə nə qədər uşaq, nə qədər müəllimin olduğunu bilmirik. Buna görə də vakansiyaların açılması, uşaqların bağçaya qəbulu mürəkkəbləşir. İnanıram ki, yaxın 2-3 ay ərzində bu proses bitəcək və ümumtəhsil sistemində işə qəbul və uşaq qəbulu şəffaflaşacaq, asanlaşacaq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR