İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlıları dini yürüşə cəlb edən şəxs TUTULDU

"Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də Sabunçu rayonu Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin hərəkətləri edən 1991-ci il təvəllüdlü Mirzəyev Elgün Əfsər oğlu həbs edilib.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR