İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərpaşa Nemətovun yerinə bu xanım gətirilir... - Özü AÇIQLADI: “Bu səhər...”

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər - direktoru vəzifəsinə rejissor Mehriban Ələkbərzadə gətirilir.

Məlumatı dəqiqləşdirmək üçün Mehriban Ələkbərzadə ilə əlaqə saxladıq. Rejissor Musavat.com-a açıqlamasında bildirdi ki, onda belə bir məlumat yoxdur:

“Mən ölkədə deyildim, bu gün səhər gəlmişəm. Mənim belə bir informasiyam yoxdur. Mənə rəsmi məlumat çatdırmayıblar. 25 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləmişəm. Mən ilk təcrübəmi orada almışam, ilk tamaşalarımı orada hazırlamışam. Ancaq hazırkı yerimdən də narazı deyiləm - Gənc Tamaşaçılar Teatrının baş rejissoruyam. Necə məsləhət bilsələr, elə də olar”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR