İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azəriqaz" rəsmisindən açıqlama: “Obyektin altından yeraltı qaz xətləri ona görə keçmir ki...”

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayışın qaz balonunda yaranmış sızma nəticəsində baş verdiyi ehtimal olunur. Obyektlərdə, yaxud mənzillərdə qaz balonundan istifadə isə “Azəriqaz” İB-nin səlahiyyətində deyil”.

Bunu Musavat.com-a açıqlamasında “Azəriqaz” İB İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib: “Obyektin altından yeraltı qaz xətləri ona görə keçmir ki, sızma olduqda qığılcım nəticəsində partlama ehtimalı ola bilər. Bu cür obyektlərdə qaz balonunun işlədilməsinin qanunauyğun yaxud qanunazidd olması isə “Azəriqaz” İB-nin səlahiyyətində olan məsələ deyil. “Azəriqaz” İB qazın satışı ilə məşğuldur. Bizim işimiz sayğaca qədərki prosesə nəzarət etməkdir. 2016-cı ilə qədər “Azəriqaz” İB-nin evlərin, mənzillərin yaxud obyektlərin daxilində qaz təchizatı ilə bağlı prosesləri təftiş etmək imkanı var idi. Qaz balonlarının doldurulması, daşınması və quraşdırılması səlahiyyəti 2016-cı ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB-dən alınıb. Milli Məclisdə “Qaz təchizatı” haqqında qanuna əlavə və dəyişikliklər nəzərdə tutulur. Təklif olunur ki, sözügedən səlahiyyət yenidən qazpaylayıcı quruma,yəni (SOCAR) "Azəriqaz" İB-ə verilsin. Yalnız bundan sonra (SOCAR) "Azəriqaz" İB-nin obyektlərə, mənzillərə baxış keçirmək, texniki şərtlərə əməl olunub-olunmaması ilə bağlı təftiş aparmaq mümkün olacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR