İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngin qarşısını aldığı elmi olaraq sübut edilən 5 möcüzəvi qida

Qidalanma vərdişlərimiz sağlamlığın ən mühüm problemlərindən biri olan xərçəngin yaranmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Ona görə də nə yeyib içdiyimizə diqqət etməliyik.

Odur ki, xərçəngin qarşısını aldığı sübut edilən qidaları təqdim edirik:

Pazı (ispanağa bənzəyən tərəvəz)

Ən müalicəvi qidalardan biri olan pazı şpris turşusu və kaempferol ehtiva edir. Bədəndə xərçəng hüceyrələrinin əmələ gəlməsinin və toksinlərin orqanizmdə yığılmasının qarşısını alır. Çiy istehlak edildikdə çox faydalı olan pazı qızardılmış şəkildə də yeyilə bilər.

Sarımsaq

Antioksidantları ehtiva edən və iltihab əleyhinə xüsusiyyətlərinə görə hüceyrələrin qocalmasının qarşısını alan sarımsaq çiy yeyildikdə orqanizmə çox faydalıdır. Sarımsaq immuniteti gücləndirir və xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Sarımsaqda bol miqdarda allisin var və bədəni sərbəst radikallardan qoruyur. Hüceyrə membranının zədələnməsinin qarşısını alır. Sarımsaq bu xüsusiyyətlərinə görə təbii dərman kimi tanınır, damarlarda iltihabın qarşısını alır.

Brokoli

Araşdırmalar brokolinin bir çox xərçəng növlərindən, xüsusilə də döş xərçəngindən qoruduğunu göstərib. Çiy yeyilən brokoli mədə xərçənginin qarşısını yüksək dərəcədə alır. Xərçəng riskini azaldan brokoli immuniteti gücləndirdiyi üçün qış xəstəliklərindən də qoruyur.

Kale kələmi

Kale kələm də xərçəngdən qoruyur. Qlükozinolat kimi tanınan təbii birləşmələrlə zəngindir. Həftədə bir dəfə istehlak edilən kələm DNT-nin zədələnməsinin qarşısını alır. Tərkibində fitokimyəvi maddələr olduğu üçün orqanizmdə toksinlərin yığılmasının qarşısını alır.

Tərə

Vitamin və minerallarla zəngindir. Xüsusən səhər yeməyində yeyildikdə zəiflik və yorğunluğu aradan qaldırır və xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Hüceyrələri qoruduğu üçün bir çox xroniki xəstəliklərin qarşısını alır. (Ölkə.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR