Onlayn ictimai-siyasi qəzet
Yerli mediada Samir Abbasovun "Neftçi" ilə görüşdə məğlub olacağı təqdirdə "Sumqayıt" klubu ilə yolları ayıracağı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev baş məşqçinin komandadan ayrılmayacağını bildirib:
"Samir Abbasovun klubdan ayrılma xəbəri tamamilə əsassızdır. Baş məşqçi ən azı müqaviləsi başa çatanadək "Sumqayıt" klubu ilə yola davam edəcək".
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" görüşü bu gün saat 19:30-da start götürəcək.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ